Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Heydər Əliyev müasir Azərbaycanın memarı və qurucusudur!”

08.05.2022

6 may 2022- ci il tarixində Xaçmaz Regional Mədəniyyət İdarəsi Siyəzən rayon Mərkəzi Kitabxanası Ümummilli lider Heydər Əlirza oğlu Əliyevin anadan olmasının 99 -cu ildönümü ilə əlaqədar "Heydər Əliyev müasir Azərbaycanın memarı və qurucusudur!" adlı tədbir keçirmişdir.

Tədbirdə Yeni Azərbaycan Partiyası Siyəzən rayon təşkilatının sədri Samir Baxşiyev, Siyəzən rayon İcra Hakimyyətinin nümayəndəsi İsmət Baxşiyev, 2 saylı tam orta məktəbin direktoru Rəşad Rəhmanov, Gənclərin inkişafı və Karyera mərkəzinin Siyəzən rayon üzrə nümayəndəsi Rəqsanə İbrahimova, Uşaq Yaradıcılıq İnkişaf Mərkəzinin direktoru Şəms Hüseynova, Siyəzən rayon Mədəniyyət Mərkəzinin direktoru Ziyadə Dadaşova, rayon ziyalısı Sürayyə Məcidova və şagirdlər iştirak edirdilər.

Tədbir iştirakçıları ilk öncə dahi lider Heydər Əliyevin

şərəfli ömür yolundan, zəngin dövlətçilik fəaliyyətindən bəhs edən kitab sərgisi ilə yaxından tanış oldular.

Dəyirmi masa ətrafında davam etdirilən tədbiri giriş sözü ilə açan Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktor səlahiyyətlərini icra edən Gülnar Muradova Ümummilli lider Heydər Əlirza oğlu Əliyevin həyat və fəaliyyətindən, keçdiyi şərəfli ömür yolundan, xalqı qarşısında göstərdiyi misilsiz xidmətlərindən danışaraq bildirdi ki, məhz Heydər Əliyevin zamanında atdığı düşünülmüş addımların nəticəsində bu gün Azərbaycan dövləti sürətlə inkişaf edir, yeni -yeni layihələrə imza atır və uğurlu strategiya həyata keçirir.

Daha sonra çıxış edənlər ümumilli liderimizin Gənclər siyasətindən danışaraq Heydər Əliyevin gənclərimizə böyük önəm verdiyindən söz açdılar. Onu da qeyd etdilər ki, bugünkü gənclər dahi şəhsiyyətin fikirlərini doğruldaraq 44 gün ərzində 30 ilə yaxın bir müddətə işğal altında olan torpaqlarımızı mənfur düşmənlərimizin tapdağı altından azad etdi və böyük Qələbə əldə etdilər.

Sonda tədbir iştirakçıları məktəblilərin ifasında Ulu Öndərə həsr olunmuş şeirlər, mahnılar səsləndirdi.