Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şabran Tarix Diyarşünaslıq Muzeyində “Cənnət Görmək İstəyən Azərbaycana Gəlsin” adlı tədbir keçirilmişdir

22.09.2017

       "27 Sentyabr - Ümumdünya    Turizm” günü ilə əlaqədar olaraq Şabran Tarix Diyarşünaslıq Muzeyində 22 sentyabr  2017 – ci il  tarixindən başlayaraq“Doğma Diyarmızı Tanıyaq və Tanıdaq” adı altında Açıq Qapı   günləri elan edilmiş, muzeyə ekskursiyalar təşkil  olunmuşdur.

      “Cənnət Görmək İstəyən Azərbaycana Gəlsin” adlı tədbir keçirilmiş, “Azərbaycan Turizm Potensialı  Olan Ölkədir”  adlı  mühazirələr  oxunmuşdur.

    “Doğma Diyarmızı Tanıyaq və Tanıdaq” adı altında  Açıq Qapı günlərində məktəblilərin rəsm əsərlərindən  ibarət “Tarixi Abidələrimiz Uşaqların Gözü ilə”  adlı sərgi nümayişi  təşkil  edilmişdir.