19.05.2022
18 may – Beynəlxalq muzeylər günü ilə əlaqədar Xaçmaz Regional Mədəniyyət İdarəsinin şbəkəsinə daxil olan muzey müəssisələrində “Açıq qapı” günləri elan edilib və silsilə tədbirlər keçirilib.
Şabran Tarix Diyarşünaslıq Muzeyində 18 May Beynəlxalq Muzeylər günü ilə əlaqədar "Muzeylər Tariximizi Yaşadan Abidə" adlı tədbir keçirilmişdir.Tədbirdə Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Vüsal Hüseynov, Şabran rayon İcra hakimiyyətinin başçısı Asif Hüseynov,şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak etmişdir.
18 May Beynəlxalq Muzeylər Günü münasibəti ilə Qusar rayon Tarix Diyarşünaslıq muzeyində tədbir keçirilmişdir. Tədbirdə Gənclərin İnkişafı və Karyerası Mərkəzinin Qusar rayonu üzrə könüllüləri, Qusar rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları və Qusar MKS-nin əməkdaşları iştirak etmişdir.
Xaçmaz Tarix Diyarşünaslıq muzeyində "18 May Beynəlxalq Muzeylər günü"nə həsr olunmuş "Muzeylər bir məbəddir" adlı tədbir keçirilmişdir.
18 may 2022-ci il tarixində Quba Heydər Əliyev Mərkəzində 18 May - Beynəlxalq Muzeylər Günü ilə əlaqədar Quba rayon Heydər Əliyev Mərkəzinin və Quba Soyqırımı Memorial Kompleksinin birgə təşkilatçılığı ilə ”Xalqımızın maddi-mənəvi xəzinəsi olan muzeylərimiz” mövzusunda tədbir keçirilmişdir.
Quba Tarix-Diyarşünaslıq muzeyində “Beynəlxalq Muzeylər günü” ilə əlaqədar tədbir keçirilmişdir. Tədbirdə AMEA Arxeologiya, Etnoqrafiya və Antrofologiya İnstitunun elmi işçisi Tərana Babayeva, B.Səfəroğlu adına Quba rayon Mədəniyyət Mərkəzinin Təngəaltı kənd klubunun, Alekseyevka kənd Folklor klubunun əməkdaşları, Quba şəhər MKS-nin işçiləri iştirak etmişdir.
Keçirilən tədbirlərdə bu əlamətdar günün təsis edilmə tarixindən, muzeylərin əhəmiyyətindəm, ölkəmizdə muzey sahəsinin yaranması və inkişafından danışılmış, bu sahədə dövlət qayğısı xüsusi qeyd edilmişdir. Bildirildi ki, Ümummilli Lider tərəfindən muzey işinin inkişafı üzrə müəyyən edilmiş prioritetlər bu gün Azərbaycan Prezidenti İlham Əliyevin və ölkəmizin birinci xanımı, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərliyi altında fəaliyyət göstərən Heydər Əliyev Fondu tərəfindən uğurla davam etdirilir. Azərbaycan dövlətinin uğurlu mədəniyyət siyasəti nəticəsində son illər muzeylərimizin dünyanın nüfuzlu muzeyləri ilə əlaqələri genişlənib, bu sahədə beynəlxalq əməkdaşlıq sahəsində yeni nailiyyətlər əldə edilib.
Azərbaycanda milli-mənəvi dəyərlərimizə, o cümlədən muzey işinə daim dövlət qayğısı olub. Ölkəmizdə muzey işinin inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Xalqımızın milli tarixi və mədəni irsinin qorunmasında muzeylərin dəyərini dərindən və həssaslıqla duyan Ulu Öndər respublikada müvafiq şəbəkənin genişləndirilməsini, onun maddi-texniki bazasının gücləndirilməsini daim diqqətdə saxlayıb.