23.05.2022
Şuşa rayonunun və digər bölgələrin uşaq musiqi və incəsənət məktəblərinin şagirdlərinin iştirakı ilə muğam festivalının keçirilməsi haqqında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin müvafiq əmrinə əsasən Xaçmaz Regional Mədəniyyət İdarəsinin şəbəkəsinə daxil olan uşaq musiqi və incəsənət məktəblərinin xanəndəlik üzrə təhsil alan şagirdlərinin iştirakı ilə festivalın I – region mərhələsi keçirilib. Xaçmaz şəhər Uşaq Musiqi məkbində keçirilən ilk turda münsiflər heyətinin qərarına əsasən 2 yaş qrupu üzrə (I yaş qrupu: 9-12 yaş; II rup: 13-17 yaş) müsabiqədə uğur qazanmış şagirdlər II mərhələdə iştirak etmək hüququ əldə edib.
Qeyd edək ki, festivalın keçirilməsində məqsəd 2008-ci ildə YUNESKO-nun qeyri-maddi mədəni irs üzrə Reprezentativ Siyahısına daxil edilmiş Azərbaycan muğam ənənələrinin və milli dəyərlərimizin yaşadılması və təbliği, məktəblərdə xanəndəlik ixtisası üzrə musiqi təhsilinin inkişaf etdirilməsi, istedadlı uşaq və gənclərin aşkara çıxarılması və dəstəklənməsidir.