27.05.2022
27 may 2022-ci il tarixində Siyəzən rayonunun Məşrif kəndində Xaçmaz Regional Mədəniyyət İdarəsi Siyəzən rayon Mədəniyyət Mərkəzinin 2 saylı şəhər klubu, Məşrif kənd Diyarşünaslıq evi, Siyəzən rayon MKS-nin Məşrif və Qozağacı kənd kitabxanasının birgə təşkilatçılığı ilə Şuşa ili münasibətiylə “Biz qayıtmışıq Şuşa!” adlı tədbir keçirilmişdir. Tədbirdə Xaçmaz Regional Mədəniyyət İdarəsinin Siyəzən rayon üzrə nümayəndəsi Zəminə Qədirli, Məşrif kənd İƏD üzrə nümayəndəsi Kənan Əliyev, Məşrif kəndindən olan palkovnik Vasif Məmmədov, mədəniyyət işçiləri, şəhid ailələri, kənd ağsaqqalları, ziyalıları iştitrak edirdi. Tədbiri özfəaliyyət kollektivlərinin çıxışları daha da rövnəqləndirdi.