26.05.2022
26 may 2022-ci il tarixində Xaçmaz Regional Mədəniyyət İdarəsi Siyəzən rayon Mədəniyyət Mərkəzinin 2 saylı şəhər klubu, Eynibulaq kənd klubu, Siyəzən rayon MKS-nin Eynibulaq kənd kitabxanasının birgə təşkilatçılığı ilə "Şuşa ili" ilə əlaqədar “Mədəniyyət paytaxtı Şuşa” adlı tədbir keçirilmişdir. Tədbirdə Xaçmaz Regional Mədəniyyət İdarəsinin əməkdaşı Fərid Musayev, Xaçmaz Regional Mədəniyyət İdarəsinin Siyəzən rayon üzrə nümayəndəsi Zəminə Qədirli, Eynibulaq kənd İƏD üzrə nümayəndəsi Sarvan Dadaşov, mədəniyyət işçiləri, şəhid ailələri, qazilər, kənd ağsaqqalları, ziyalıları iştitrak edirdi. Tədbiri özfəaliyyət kollektivlərinin çıxışları daha da rövnəqləndirdi.