27.05.2022
27.05.2022 -ci il tarixində Xaçmaz Regional Mədəniyyət İdarəsinin Qusar rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin təşkilatçılığı ilə Qusar şəhər N.Nərimanov adına Mərkəzi parkda 2022-ci "Şuşa ili " çərçivəsində "Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir" adlı genişmiqyaslı tədbir keçirilmişdir.
Tədbirdə Xaçmaz Regional Mədəniyyət İdarəsinin, rayon icra hakimiyyətinin nümayəndələri, idarə, müəssisə rəhbərləri, mədəniyyət işçiləri, kitabxanaçılar, fəal oxucular və rayon ictimaiyyəti iştirak etmişlər.
Tədbir iştirakçıları kitabxana və klub işçilərinin Şuşa və Qarabağa aid əl işlərindən ibarət geniş və əhatəli sərgi ilə tanış olmuşlar.
Tədbirin rəsmi hissəsində çıxış edənlər, o cümlədən 44 günlük Vətən müharibəsi şəhidlərinin ailə üzvləri və qazilər qazanılan Qələbədə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yenilməz Müzəffər Ordumuzun şücaətlərindən, ölkəmizdə yaşayan bütün millətlərin bir yumruq kimi birləşərək düşmənə qarşı müharibəyə qalxmasından, Vətən müharibəsində Qusar rayonundan 37 şəhid və 150- dən artıq qazının olmasından və bu gün ölkəmizdə , o çumlədən Qarabağda aparılan dirçəliş, inkişaf və yüksəlişdən danışmış ,şəhid ailələrinə və qazilərə göstərilən dövlət qayğısına görə ölkə başçısına minnətdarlığını bildirmişlər.
Tədbir kitabxanaçıların, fəal oxucuların və mədəniyyət işçilərinin iştirakı ilə maraqlı, zövqlə təşkil olunmuş, geniş əhatəli ədəbi-bədii kompozisiya ilə davam etdirilmişdir.
MKS- nin kollektivi Vətən Müharibəsi dövründə döyüşən orduya hərtərəfli yardımların göstərilməsidə və vətənpərvərlik mövzusunda tədbirlərin keçirilməsində fəal iştirakına görə Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Fəxri Fərmanı ilə təltif edilmişdir.