05.10.2022
Xaçmaz Regional Mədəniyyət idarəsi üzrə kommunikasiya menecerinin fəaliyyəti ilə əlaqədar “İşçi qrupu” yaradılıb. Xaçmaz Tarix-Diyarşünaslıq Muzeyində tabe müəssisələrin məsul nümayəndələrinin də iştirak ilə işçi qrupunun ilk iclası keçirilib.
İlk öncə torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
İclası giriş sözü ilə açan Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Vüsal Hüseynov bildirib ki, Mədəniyyət Nazirliyi sistemində həyata keçirilən islahatların tərkib hissəsi kimi strateji kommunikasiya siyasətinin nazirliyin struktur qurumları, tabe müəssisə və təşkilatlarında effektiv şəkildə həyata keçirilməsi və sosial media fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə “Kommunikasiya meneceri” layihəsi həyata keçirilir.
İdarə rəisi qeyd edib ki, layihə çərçivəsində Xaçmaz Regional Mədəniyyət İdarəsinin məsləhətçisi Fərid Musayev PR, media və kommunikasiya fəaliyyətinə məsul nümayəndə – kommunikasiya meneceri kimi fəaliyyətini davam etdirəcək.
Regional mədəniyyət idarəsinin kommunikasiya meneceri Fərid Musayev layihənin məqsədi, görüləcək işlər, kommunikasiya menecerinin profili barədə iclas iştirakçılarına məlumat verib. Bildirib ki, layihə eyni zamanda mədəniyyətin, mədəniyyət sahəsində nazirliyin, o cümlədən regional idarə və idarəyə tabe müəssisələrin fəaliyyətinin, aparılan islahatlar, əlamətdar hadisə, yenilik və uğurlar barədə ölkə ictimaiyyətinin, ənənəvi mətbu imkanlarla yanaşı, müasir üsul və vasitələrlə, operativ formada məlumatlandırılmasına, media subyektləri ilə, ictimaiyyətlə əlaqələrin səmərəli şəkildə qurulmasına istiqamətlənib.
İclas layihə çərçivəsində görüləcək işlərə dair aparılan müzakirələrlə davam edib.