06.10.2022
“5 oktyabr – Beynəlxalq Müəllimlər Günü” ilə əlaqədar Xaçmaz Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən uşaq musiqi və incəsənət məktəblərində silsilə tədbirlər keçirilib.
Məktəblərin pedaqoji kollektivi və şagirdlərin iştirak etdiyi tədbirlərdə şərəfli peşə sahiblərinin cəmiyyətimizə və gələcəyimizə verdiyi töhfələrdən, mədəniyyət sahəsində aparılan islahatlardan danışılıb, ölkəmizdə müəllimlərin dövlətin hərtərəfli qayğısı ilə əhatə olunduğu bildirilib.
Fəaliyyətində fərqlənən bir sıra müəllimlər fəxri fərman və hədiyyələrlə təltif edilib.