06.10.2022
5 oktyabr 2022-ci il tarixində Şabran rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi üzrə kitabxana işçilərinin seminar-müşavirəsi keçirilib. Müşavirədə Xaçmaz Regional Mədəniyyət İdarəsinin məsləhətçisi Xalidə Əliyeva, Şabran rayonunun kitabxana müəssisələrində çalışan əməkdaşlar iştirak edib. Seminarın gündəliyinə əsasən kitabxana müəssisələrində Şuşa ili ilə bağlı müxtəlif tədbirlərin təşkili,sosial şəbəkələrdə aktivlik,kitabxanalarda oxucu sorğularının öyrənilməsi vəziyyəti,qabaqcıl kitabxana təcrübəsinin yayılması metodları və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb və qarşıda duran vəzifələr müəyyənləşdirilib. Kitabxana müəssisələrində əmək intizamının möhkəmləndirilməsi, kitabxana–informasiya təminatının daha da yaxşılaşdırılması istiqamətində müvafiq tapşırıq və tövsiyələr verildi.