Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Növbəti seminar Xaçmaz rayon Mərkəzi Kitabxanasında keçirildi

06.10.2022

05.10.2022-ci il tarixində Xaçmaz Rayon Mərkəzi Kitabxanasında kitabxana əməkdaşlarının növbəti seminar-müşavirəsi keçirilib.Tədbirdə Xaçmaz Regional Mədəniyyət İdarəsinin məsləhətçisi Fərid Musayev, kitabxana işçilər iştirak edib.Tədbiri giriş sözü ilə açan MKS-nin direktor əvəzi Bəhruz Məmmədov ay ərzində görülmüş işlər və qarşida duran vəzifələr barədə məlumat verdi. F.Musayev də çıxış edərək, Mədəniyyət Nazirliyi sistemində həyata keçirilən islahatların tərkib hissəsi kimi strateji kommunikasiya siyasətinin nazirliyin struktur qurumları, tabeli müəssisə və təşkilatlarında effektiv şəkildə həyata keçirilməsi və sosial media fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə təqdim olunan "Kommunikasiya meneceri" layihəsi haqqında geniş məlumat verdi.

Sonda kitabxana filiallarında tədbirlərin keçirilməsi və sərgilərin təşkili qaydalarından danışılıb, kitabxana işçilərinin təklifləri dinlənilib.