Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qusar rayon Mərkəzi Kitabxanasında növbəti seminar-müşavirə keçirildi

08.10.2022

7 oktyabr 2022-ci il tarixində Xaçmaz Regional Mədəniyyət İdarəsinin Qusar rayon Mərkəzi Kitabxanasında kitabxana işçilərinin növbəti seminar-müşavirəsi keçirilmişdir. İlk öncə Vətənimizin Müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Qusar Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Zahir Mustafayev ötən dövr ərzində kitabxanaların fəaliyyəti və seminarı gündəliyi barədə  seminar iştirakçılarına məlumat verdi. Müşavirədə iştirak edən Xaçmaz Regional Mədəniyyət İdarəsinin məsləhətçisi Fərid Musayev kitabxanaların müasir tələblərə uyğun fəaliyyət göstərməsi üçün qarşıda duran vəzifələrdən danışdı, Mədəniyyət Nazirliyi tərəfindən həyata keçirilən “Kommunikasiya meneceri” layihəsi barədə iştirakçıları məlumatlandırdı.