Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Mədəniyyət işçiləri “Kommunikasiya meneceri” layihəsi barədə məlumatlandırıldı

08.10.2022

7 oktyabr 2022-ci il tarixində Qusar şəhər Uşaq İncəsənət məktəbində Qusar rayonunun mədəniyyət müəssisələrində çalışan bir qrup əməkdaşın iştirakı ilə iclas keçiridi. İclasın əsas mövzusu Mədəniyyət Nazirliyi tərəfindən həyata keçirilən “Kommunikasi menceri” layihəsi barədə olub.Çıxış edən Xaçmaz Regional Mədəniyyət İdarəsinin məsləhətçisi, kommunikasiya meneceri Fərid Musayev layihə barədə geniş məlumat verərək bildirdi ki, Mədəniyyət Nazirliyi sistemində həyata keçirilən islahatların tərkib hissəsi kimi strateji kommunikasiya siyasətinin nazirliyin struktur qurumları, tabe müəssisə və təşkilatlarında effektiv şəkildə həyata keçirilməsi və sosial media fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə “Kommunikasiya meneceri” layihəsi təqdim olunub. Layihə mədəniyyətimizin, mədəniyyət sahəsində nazirliyin, aidiyyəti müəssisə və təşkilatların fəaliyyəti, aparılan islahatlar, əlamətdar hadisə, yenilik və uğurlar barədə ölkə ictimaiyyətinin, ənənəvi mətbu imkanlarla yanaşı, müasir üsul və vasitələrlə, operativ formada məlumatlandırılması,  media subyektləri ilə, ictimaiyyətlə əlaqələrin səmərəli şəkildə qurulması və nəticə etibarilə dövlət-cəmiyyət münasibətlərinin, dövlət qurumlarına vətəndaş etimadının yüksəldilməsinə xidmət edir.

Sonda iştirakçıların sualları cavablandırıldı.