Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Yeni tədris ili qarşıya yeni hədəflər qoyur

13.09.2022

13 sentyabr 2022-ci il tarixində Quba rayon Heydər Əliyev Mərkəzində Xaçmaz Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə 2022/2023-cü tədris ilinin başlaması ilə əlaqədar konfrans keçirilib. Konfransda Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Vüsal Hüseynov, idarənin əməkdaşları, idarənin şəbəkəsinə daxil olan uşaq musiqi və incəsənət məktəblərinin rəhbər şəxsləri, müəllimlər iştirak edib.

İlk öncə 2022-ci ilin sentyabr 12-dən 13-nə keçən gecə düşmən təxribatı nəticəsində şəhid olan qəhrəman vətən oğullarının timsalında bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfransı giriş sözü ilə açan Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Vüsal Hüseynov Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyindəki təhsil müəssisələrində 2022/2023-cü tədris ilində tədris və təlim-tərbiyə prosesinin təşkili ilə bağlı müvafiq əmrini müşavirə iştirakçılarının diqqətinə çatdırdı. V.Hüseynov məktəblərdə dərslərin keyfiyyətinin daha yüksəldilməsi, davamiyyətə ciddi riayət edilməsi, şagirdlərin tədbir və müsabiqələrdə fəal iştirakının təmin edilməsi barədə müvafiq tövsiyə və tapşırıqlarını verdi.

Xaçmaz Regional Mədəniyyət İdarəsinin məsləhətçisi Fərid Musayev Uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərinin nümunəvi Əsasnaməsinə uyğun olaraq məktəblərdə tədris işinin təşkili və İMES-İncəsənət məktəblərinin elektron sisteminə məlumatların daxil edilməsi vəziyyəti barədə məruzə ilə çıxış etdi.

Regionda fəaliyyət göstərən uşaq musiqi və incəsənət məktəblərinin direktorları çıxış edərək məktəblərdə ötən tədris ilinin yekunları və yeni tədris ilinə hazırlıq barədə məlumat verdilər. Digər çıxış edənlər təklif və müraciətlərini səsləndirdilər.

Sonda idarə rəisi V.Hüseynov yeni tədris ilinin başlaması və qarşıdan gələn “18 sentyabr – Milli Musiqi Günü” ilə bağlı konfrans iştirakçılarını təbrik etdi, uğurlar arzuladı.