18.10.2022
18 oktyabr 2022-ci ildə Qusar rayon Heydər Əliyev Mərkəzində Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qusar nümayəndəliyinin, Qusar rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Müstəqilliyin Bərpası Gününə həsr olunmuş "Əbədi Müstəqillik" mövzusunda tədbir keçirilib. Tədbirdə GİKM Qusar nümayəndəliyinin gəncləri, Qusar Peşə Liseyin müəllim-şagird kollektivi və digər mədəniyyət müəssəsilərin əməkdaşları iştirak etmişdir. Tədbiri giriş sözü ilə Mərkəzin direktor səlahiyyətləri müvəqqəti icra edən Lalə Kərimova açaraq, Azərbaycan xalqının ən əlamətdar tarixi hadisənin, öz dövlət müstəqilliyini bərpa etməsinin 31-ci ildönümü münasibəti ilə tədbir iştirakçılarını təbrik etdi, Müstəqillik Gününün yaranma tarixindən, xalqın müstəqillik uğrunda gərgin mübarizəsindən danışdı. 18 Oktyabr – Müstəqilliyin Bərpası ölkəmizdə zəfər ilinə- torpaqlarımızın işğaldan azad edildiyi bir dövrə təsadüf etməsindən qürur hissi keçirdiyini deyən L.Kərimova bu qələbəni bizə yaşadan şəhidlərə Allahdan rəhmət diləyib və onların xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Daha sonra Qusar rayon Gənclər və İdman İdarəsinin məsləhətçisi Sevil Dəmirova "Müstəqil Azərbaycan", Heydər Əliyev Mərkəzinin bələdçisi Lamiyə Abdullayeva "“Azərbaycan Respublikasını dövlət müstəqilliyinə aparan tarixi yol və müstəqilliyin bərpası” mövzularında çıxış etdilər. Tədbirin sonunda Müstəqilliyin Bərpasına Gününə həsr olunmuş videoçarx nümayiş olundu.