18.10.2022
18.10.2022 -ci il tarixində Qusar rayon Mərkəzi Kitabxanasında Müstəqilliyin Bərpası Günü münasibəti ilə tədbir keçirilmişdir.
Tədbirdə kitabxana işçiləri ilə birlikdə fəal oxucular da iştirak etmişlər. İlk öncə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Çıxış edənlər Müstəqilliyimizin bərpa olunması üçün ölkəmizin keçdiyi keşməkeşli yoldan, bu sahədə Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətlərindən danışmışlar.
Tədbirdə Müstəqilliyimizin bərpasına həsr olunmuş videoçarx nümayiş etdirilmişdir.