21.10.2022
21 oktyabr 2022-ci il tarixində Xaçmaz Tarix-Diyarşünaslıq muzeyində istiqlal şairi Əhməd Cavadın 130 illiyinə həsr olunmuş "Azadlıq nəğməkarı" adlı tədbir keçirilib.
Tədbiri giriş sözü ilə muzeyin direktoru Pakizə Mehdiyeva açaraq, qeyd etmişdir ki, Azərbaycan ədəbiyyatı və ictimai fikrinin inkişafında tutduğu əvəzsiz mövqeyinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Əhməd Cavadın 130 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncam imzalamışdır. Əhməd Cavad azadlıq carçısı və nəğməkarı olaraq Azərbaycan dövlətinin himninin sözlərini yazmış, öz yaradıcılığı və vətəndaşlıq mövqeyi ilə dövlətçilik və ədəbi irsimizə silinməz, əvəzolunmaz möhürünü vurmuşdur.
Daha sonra çıxış edən Xaçmaz Regional Mədəniyyət İdarəsinin kommunikasiya meneceri Fərid Musayev Əhməd Cavadın 130 illiyi ilə əlaqədar ölkə başçısı cənab İlham Əliyevin müvafiq Sərəncamına uyğun olaraq regionda silsilə tədbirlərin keçirildiyini və bu tədbirlərin ilin sonunadək davam edəcəyini vurğuladı.
Tədbirdə həmçinin Xaçmaz Rayon İcra Hakimiyyətinin humanitar şöbəsinin baş məsləhətçisi, ehtiyatda olan hərbi qulluqçu, mayor Tariyel Didarov Xaçmaz MKS-nin uşaq şöbəsinin müdiri Günay Mövsümova mövzu ilə bağlı çıxış etmişlər.
Tədbir bədii hissə ilə davam etmişdir. Əhməd Cavadın həyat və yaradıcılığına həsr olunmuş videoçarxlar nümayiş olunmuş, şerlər səsləndirilmiş, səhnəcik nümayiş etdirilmişdir.
Muzeyin fondunda qorunan , Azərbaycanın müstəqilliyi uğrunda aparılan azadlıq hərəkatında Xaçmazda dalğalanan ilk üçrəngli bayraq nümayiş olunmuşdur. Sonda tədbirdə fəal iştirak etmiş məktəblilərə təşəkkürnamələr təqdim edilmişdir.
Tədbirdə Xaçmaz şəhər 1,3 və 6 nömrəli məktəblərin şagirdləri iştirak edib.