Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Qarabağ mədəniyyətimizin incisidir!” adlı intellektual oyunun qalibi müəyyənləşdi

26.10.2022

Oktyabrın 26-da Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi və Xaçmaz Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirlər çərçivəsində Siyəzən rayon Mədəniyyət Mərkəzində “Qarabağ mədəniyyətimizin incisidir!” adlı intellektual oyun keçirilmişdir. Yarışda regiona daxil olan Xaçmaz, Quba, Qusar, Şabran və Siyəzən rayonlarını təmsil edən mədəniyyət işçilərindən ibarət komandalar iştirak etmişdir. Şabran rayonunu təmsil edən “Çıraqqala” komandası yüksək nəticə ilə birinci yerin qalibi olub. Qalib komanda Mərkəz tərəfindən sertifikat və mədəni irsimizi təbliğ edən xatirə hədiyyələri ilə təltif olunub. İntellektual yarışlar və digər maarifləndirici tədbirlərin məqsədi mədəniyyət işçilərinin səriştələrinin formalaşdırılmasını təmin etmək, cəld və analitik düşünmə, habelə peşə bacarıqlarının, dünyagörüşünün, yoldaşlıq münasibətlərinin və komanda ruhunun inkişaf etdirilməsidir.