Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Müsabiqələrdə yüksək nəticə əldə edən şagirdlərlə görüş keçirildi

27.10.2022

Cari ildə istər ölkə, istərsə də beynəlxalq əhəmiyyətli tədbirlərdə Xaçmaz Regional Mədəniyyət İdarəsinin şəbəkəsinə daxil uşaq musiqi və incəsənət məktəblərinin şagirdləri aktiv iştirak edərək bir sıra uğurlara imza atmışdır. 26 oktyabr 2022-ci il tarixində Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Vüsal Hüseynov uğur qazanmış müəlim və şagirdlərlə görüş keçirib. Görüşdə ötən il uşaq musiqi və incəsənət məktəblərinin müsabiqələrdə fəal iştirak etdiyini bildirib, onların əməyinin qiymətləndirildiyini qeyd edilib. İdarə rəisi cari tədris ilində də bu fəallığın davam etdirilməsini və daha böyük nəticələrin əldə ediləcəyinə ümidvar olduğunu xüsusi vurğulayıb və onlara uğurlar arzulayıb.

Qeyd edək ki, təltif olunan şagirdlər Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən“Şuşa ili” çərçivəsində Şuşa rayonunun və digər bölgələrin uşaq musiqi və incəsənət məktəblərinin şagirdlərinin iştirakı ilə muğam festivalında, Belarus Respublikasının Təhsil Nazirliyi və Uşaqların Milli Bədii Yaradıcılıq Mərkəzinin təşkilatçılığı ilə dünyanın 26 ölkəsindən 10 mindən çox uşaqın iştirak etdiyi “Planetdəki uşaqlar dostdur” uşaq rəsmlərinin VIII Açıq Beynəlxalq Müsabiqəsində və Ukrayna Mədəniyyət və İnformasiya Siyasəti Nazirliyinin təşkilatçılığı ilə keçirilən 18 ölkədən 500-dən çox iştirakçının toplandığı IV Beynəlxalq Uşaq İncəsənəti Festivalında uğur əldə ediblər.

Sonda bir qrup müəllim və şagirdə fəxri fərman və diplomlar təqdim edildi və xatirə şəkli çəkildi.

Qalibləri və təltif olunanları təqdim edirik:

Sadiq Məmmədov (Quba şəhər Uşaq İncəsənət məktəbinin rəssamlıq ixtisası üzrə müəllimi) – Xaçmaz Regional Mədəniyyət İdarəsinin Təşəkkürnaməsi

Namiq Mirzəyev (Xaçmaz şəhər Uşaq İncəsənət məktəbinin rəssamlıq ixtisası üzrə müəllimi) - Xaçmaz Regional Mədəniyyət İdarəsinin Təşəkkürnaməsi

Tərlan Mahmudov (Xaçmaz şəhər Uşaq İncəsənət məktəbinin rəssamlıq ixtisası üzrə müəllimi) - Xaçmaz Regional Mədəniyyət İdarəsinin Təşəkkürnaməsi

Tünzalə Seyidməmmədova (Xaçmaz şəhər Uşaq İncəsənət məktəbinin rəssamlıq ixtisası üzrə müəllimi) – Xaçmaz Regional Mədəniyyət İdarəsinin Təşəkkürnaməsi;

Kənan Nizamov (Quba şəhər Uşaq Musiqi məktəbinin şagirdi) - Şuşa rayonunun və digər bölgələrin uşaq musiqi və incəsənət məktəblərinin şagirdlərinin iştirakı ilə muğam festivalında fərqləndiyinə görə Mədəniyyət Nazirliyinin Fəxri Fərmanı;

Mədinə Səfixanova (Xaçmaz şəhər Uşaq İncəsənət məktəbinin şagirdi) –

“IV Beynəlxalq Uşaq İncəsənəti Festivalı”nın diplomu;

Xədicə Hüseynova (Xaçmaz şəhər Uşaq İncəsənət məktəbinin şagirdi) - “IV Beynəlxalq Uşaq İncəsənəti Festivalı”nda finala diplomu;

Emilya Rəhimova (Xaçmaz şəhər Uşaq İncəsənət məktəbinin şagirdi) - “IV Beynəlxalq Uşaq İncəsənəti Festivalı”nın diplomu;

Könül Siracova (Xaçmaz şəhər Uşaq İncəsənət məktəbinin şagirdi) - “IV Beynəlxalq Uşaq İncəsənəti Festivalı”nın diplomu;

Cahan Xıdırlı (Xaçmaz şəhər Uşaq İncəsənət məktəbinin şagirdi) - “IV Beynəlxalq Uşaq İncəsənəti Festivalı”nın diplomu;

Nuray İsayeva (Xaçmaz şəhər Uşaq İncəsənət məktəbinin şagirdi) - “IV Beynəlxalq Uşaq İncəsənəti Festivalı”nın diplomu;

Ruslan Sultanov (Quba şəhər Uşaq İncəsənət məktəbinin şagirdi) -  “Planetdəki uşaqlar dostdur” uşaq rəsmlərinin VIII Açıq Beynəlxalq Müsabiqəsinin diplomu;

Şahmurad Xidirov (Xaçmaz şəhər Uşaq İncəsənət məktəbinin şagirdi) -  “Planetdəki uşaqlar dostdur” uşaq rəsmlərinin VIII Açıq Beynəlxalq Müsabiqəsinin diplomu

Təbrik edirik!