Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qubada klub və kitabxana əməkdaşlarının iştirakı ilə seminar keçirildi

28.10.2022

      27 oktyabr 2022-ci il tarixində B.Səfəroğlu adına Quba rayon rayon Mədəniyyət Mərkəzində Quba rayonunun mədəniyyət müəssisələrində çalışan klub və kitabxana əməkdaşlarının iştirakı ilə seminar keçirildi. İclası giriş sözü ilə açan B.Səfəroğlu adına Quba rayon rayon Mədəniyyət Mərkəzinin direktoru Ramiz Ramazanov cari ilin 9 ayı ərzində mədəniyyət evi və klub müəssisələrində görülmüş işlər barədə məlumat verdi, tövsiyə və tapşırıqlar seminar iştirakçılarının diqqətinə çatdırıldı. Daha sonra Quba Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Saməddin Nəsirov hesabat məruzəsi ilə çıxış etdi. İclasın digər mövzusu Mədəniyyət Nazirliyi tərəfindən həyata keçirilən “Kommunikasiya meneceri” layihəsi barədə olub. Çıxış edən Xaçmaz Regional Mədəniyyət İdarəsinin kommunikasiya meneceri Fərid Musayev layihə barədə geniş məlumat verərək bildirdi ki, Mədəniyyət Nazirliyi sistemində həyata keçirilən islahatların tərkib hissəsi kimi strateji kommunikasiya siyasətinin nazirliyin struktur qurumları, tabe müəssisə və təşkilatlarında effektiv şəkildə həyata keçirilməsi və sosial media fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə “Kommunikasiya meneceri” layihəsi təqdim olunub. Layihə mədəniyyətimizin, mədəniyyət sahəsində nazirliyin, aidiyyəti müəssisə və təşkilatların fəaliyyəti, aparılan islahatlar, əlamətdar hadisə, yenilik və uğurlar barədə ölkə ictimaiyyətinin, ənənəvi mətbu imkanlarla yanaşı, müasir üsul və vasitələri operativ formada məlumatlandırılması,media subyektləri ilə,ictimaiyyətlə əlaqələrin səmərəli şəkildə qurulması və nəticə etibarilə dövlət-cəmiyyət münasibətlərinin, dövlət qurumlarına vətəndaş etimadının yüksəldilməsinə xidmət edir.

       Həmçinin əmək intizamına ciddi riayət edilməsi, sosial şəbəkələrdə aktivlik, keçirilən tədbirlərin keyfiyyətinin yüksəldilməsi, sənədləşmə işlərinə ciddi nəzarət seminarın əsas müzakirə mövzularından olub.

     Sonda iştirakçıların təklifləri dinlənildi və sualları cavablandırıldı.