Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Narkomaniyaya qarşı mübarizə hamımızın borcudur!” adlı tədbir keçirildi

28.10.2022

28 oktyabr 2022-ci il tarixində Siyəzən rayon Mədəniyyət Mərkəzində  “Narkomaniyaya qarşı mübarizə hamımızın borcudur!” adlı maarifləndirmə məqsədi ilə dəyirmi masa keçirildi. Tədbirdə Siyəzən rayon Polis şöbəsinin rəisi Xəqani Məmmədov, Siyəzən rayon İcra Hakimiyyətinin məsul işçisi Günel Əliyeva, Siyəzən rayon Mədəniyyət Mərkəzinin direktoru Ziyadə Dadaşova, polis kapitanı Fərahin Qasımov, Peşə məktəbinin müəllimləri və gənclər iştirak edirdilər. Tədbirdə çıxış edənlər bildirdilər ki, əsrin bəlası olan narkomaniyayla mübarizə hamının borcudur, bu günün gəncini, gələcəymizi düzgün yola yönətməli, pis vərdişlərdən uzaq tutmalıyıq.