Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şabran Tarix-Diyarşünaslıq Muzeyində ”Xalq-Dövlət Birliyinin Möhtəşəm Qələbəsi”adlı tədbir keçirildi

28.10.2022

28 oktyabr 2022-ci il tarixində Şabran Tarix Diyarşünaslıq Muzeyində “8 noyabr - Zəfər günü” ilə əlaqədar "Xalq-Dövlət Birliyinin Möhtəşəm Qələbəsi"adlı tədbir keçirilib, həmçinin "Zəfər Qəhrəmanları " adlı sərgi təşkil olunub.

Tədbirdə Xaçmaz Regional Mədəniyyət İdarəsinin məsləhətçisi Xalidə Əliyeva, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak edib. Öncə  Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Tədbiri giriş sözü ilə açan muzeyin direktoru Bəsti Məmmədova Vətən müharibəsində əldə edilən Zəfərdən, Şanlı ordumuzun şücaətindən danışıb.

Müxtəlif çıxışlarla davam edən tədbir şagirdlərin hazırladıqları kompozisiya ilə sona çatdı.