Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qusar rayonunda “Quba mədəniyyət günü” keçirilib

28.09.2017

      Xaçmaz Regional Mədəniyyət və Turizm İdarəsinin regionda silsilə tədbirləri davam edir. Belə ki, 28 sentyabr 2017-ci il tarixində Qusar şəhərində “Quba mədəniyyət günü” keçirilib. Qusar rayon Mədəniyyət Mərkəzində təşkil edilən tədbirdə Quba rayonun yerli sənətkarlarının əl işləri, rayonun özünəməxsus mətbəx nümunələri, rayonun tarixini əks etdirən qədim əşyalar və foto-stend, rayonun ictimai-siyasi həyatında mühüm rolu olmuş şəxslərin haqqında məlumatları özündə əks etdirən foto-stend sərgilənmişdir. Mədəniyyət Mərkəzində təşkil edilən konsertdə Quba mədəniyyət və incəsənət ustalarının, folklor kollektivlərinin çıxışları olmuşdur, həmçinin Qubanın tarixini əks etdirən video-çarx nümayiş etdirilmişdir.. Tədbir tamaşaçılar tərəfindən böyük maraqla qarşılanmışdır

     Xaçmaz Regional Mədəniyyət və Turizm İdarəsi tərəfindən regionda təşkil edilən belə tədbirlərin əsas məqsədi dövlətin mədəniyyət siyasətini həyata keçirmək, rayonların qədim adət-ənənələrini yaşatmaq və təbliğ etmək, həmçinin rayonlarda fəaliyyət göstərən mədəniyyət sahəsində çalışanların peşəkarlığının daha da artırılmasıdır.