Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Xalça muzeyində “8 Noyabr - Zəfər günü”nə həsr olunmuş tədbir keçirildi

03.11.2022

Xacmaz Tarix Diyarşünaslıq muzeyinin Xaçmaz Xalça muzeyində Döyüş Şöhrəti və Xalça muzey filiallarının birgə təşkilatçılıgı ilə "8 Noyabr Zəfər günü"nə  həsr olunmuş “Qalib Azərbaycan!" adlı tədbir keçirildi.  Tədbir dövlət himninin səslənməsi və vətən uğrunda canından keçmiş Şəhidlərimizin xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başladı.

Giriş sözü ilə Döyüş Söhrəti muzeyinin direktoru Vəlixanova Afət çıxış edərək, dövlətimizə və xalqımıza əbədi müstəqillik və azadlığı qazandıran 44 günlük müharibə və  böyük Zəfər haqqında məlumat verdi. Mövzu ilə bağlı Xalca muzeyinin əməkdaşı Rüstəmova Dilarə məruzə ilə çıxış etdi.

Tədbirin rəsmi hissəsi digər çıxışlarla davam etdi. Xacmaz rayon İcra Hakimiyyəti Humanitar işlər üzrə şöbənin baş məsləhətçisi, ehtiyatda olan hərbi qulluqçu, mayor, qazi Tariyel Didarov, Xaçmaz Tarix Diyarşünaslıq muzeyinin direktoru Pakizə Mehdiyeva, Xaçmaz Rayon İcra Hakimiyyətinin Şəhid ailələri ilə işin təşkili şöbəsinin baş məsləhətçisi  Arzumanov Cavid, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Xaçmaz rayon komitəsinin sədri Qərib Umudov, şəhid anası Hacıyeva Validə, Vətən müharibəsi qaziləri Məmmədov Zeynal, Əsədullayev Yusif, Əhmədov Sənanın çıxışları dinlənildi.

Tədbirin bədii hissəsində Xacmaz şəhər  B. Rəsulov adına 5 nomrəli orta məktəbin 3c sinif şagirdlərinin ifasinda bədii kompozisiya nümayiş olundu.Xudat UGİM-nin dərnək üzvləri Vəlixanova Fidanın ifasında ,”Şuşanın daglari", Qasımli Azərin ifaşında “Xudayar təsnifi" Hacızadə Lamiyənin ifasında  ,”Sari gəlin" rəqsi numayış olundu . A.Səlimov adına 7 nomrəli məktəbin şagirdlərinin ifasında vətənpərvər şerlər səsləndi.Tədbirdə fəal iştirak edən məktəblilərə təşəkkürnamələr təqdim edildi. Sonda tədbir iştirakçıları ilə birlikdə xatirə şəkli çəkildi.