04.11.2022
“Zəfər Günü” ərəfəsində Xaçmaz Dövlət Rəsm Qalereyasında Alıcqışlaq kənd sakini Ədalət Pirverdiyevin əl işlərindən ibarət sərgi təşkil edilib.
Sərgidə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Vüsal Hüseynov və ictimaiyyət nümayəndələri iştirak edib.
Rayon ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanan sərgidə ustanın çay daşları üzərində oyma üsulu ilə hazırladığı əsərləri yer alıb. Ədalət Pirverdiyev dahi şəxsiyyətlərin, elm adamlarının, 44 günlük Vətən Müharibəsində qazanılan qələbədə pay sahibi olan mərd oğulların portretlərini xüsusi ustalıqla hazırlayıb.
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev sərgi ilə tanış olub. Usta ilə həmsöhbət olan icra başçısı ona gələcək fəaliyyətində uğurlar arzulayıb. Elnur Rzayev sərginin əhəmiyyətindən danışıb, bu sənətin yaşadılmasının vacibliyini vurğulayıb.
Ədalət Pirverdiyev göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını bildirib.