Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Zəfər günün mübarək, Azərbaycan!” adlı tədbir keçirildi

04.11.2022

2 noyabr 2022 – ci il tarixdə​ Şabran rayon Mərkəzi Kitabxanasında “8 Noyabr​ - Zəfər Günü” ilə əlaqədar​ “Zəfər günün mübarək Azərbaycan!” adlı ədəbi görüş keçirildi.
​ ​Görüşdə Şəhid valideynləri, I və II Qarabağ Müharibəsi qaziləri, rayon ziyalıları və Şabran şəhər Roman Yusifov adına 2 №li   orta məktəbin şagirdləri iştirak edirdi. ​İlk öncə qürur yerimiz olan Vətən Müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Şəhid valideynləri adından Şərqiyyə Orucova, Zərnişan Həsənova, qazi və veteranlar adından Namiq Şükürov çıxış edərək qeyd etdilər ki, ordumuzun gücü, xalqımızın misilsiz dəstəyi sayəsində əldə olunan bu möhtəşəm qələbə gələcək nəsillərin xatirəsində əbədi yaşayacaq.
Şabran rayon​ Heydər Əliyev Mərkəzinin direktoru Təvəkkül Əliyev, şairə Aybəniz Əliyar, Xaçmaz Tarix Diyarşünaslıq Muzeyinin direktoru Bəsti Məmmədova, Uşaq Yaradıcılıq Mərkəzinin direktoru Arzu İsayeva​ çıxışlarında vurğuladılar ki, müharibə zamanı xalqımız Ali Baş Komandan İlham Əliyevin ətrafında bir yumruq kimi birləşərək ordumuza dəstək oldu.
Şəhid anası Zərnişan Həsənova oğlu Xəyalın xatirəsinə həsr olunmuş “Bir ömrə sığmayan qəhrəman”, “Otuz il,qırx dörd gün” adlı kitabları kitabxanaya təqdim etdi.
Məktəblilərin ifasında Zəfərə, Vətənə həsr olunmuş şeirlər, mahnılar səsləndi. 44 Günlük Vətən Müharibəsinə həsr olunmuş videoçarx tədbir iştirakçıları tərəfindən maraqla izlənildi.