05.11.2022
3 noyabr 2022-ci il tarixdə Xaçmaz rayon Mərkəzi kitabxanasında kitabxana işçiləri üçün növbəti seminar keçirilmişdir. Kitabxanaının direktor vəzifəsini müvəqqəti icra edən Bəhruz Məmmədov seminar iştirakçılarını “Zəfər bayramı” münasibətilə təbrik etmiş və oktyabr ayı ərzində kitabxanalarda görülmüş işləri təhlil etmişdir. Metodika biblioqrafiya şöbəsinin müdiri Zöhrab Məmmədov kitabxanalarda uçot sənədlərinin doldurulması ilə bağlı tövsiyələr vermişdir. Kitabxana işçilərinin sualları ətraflı cavablandırılmışdır.