Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qubada “Xaçmaz mədəniyyət günü” keçirilib

29.09.2017

        Xaçmaz Regional Mədəniyyət və Turizm İdarəsinin regionda silsilə tədbirləri davam edir. Belə ki, 29 sentyabr 2017-ci il tarixində Quba şəhərində “Xaçmaz mədəniyyət günü” keçirilib. Quba rayon Bəşir Səfəroğlu adına Mədəniyyət Mərkəzində təşkil edilən tədbirdə Xaçmaz rayonun yerli sənətkarlarının əl işləri, rayonun özünəməxsus mətbəx nümunələri, rayonun tarixini əks etdirən qədim əşyalar və foto-stend səgrilənmişdir.

     Xaçmaz Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Nazim Ağayev tədbirin açılışında çıxış edərək bildirmişdir ki, regional idarə tərəfindən regionda təşkil edilən belə tədbirlərin əsas məqsədi dövlətin mədəniyyət siyasətini həyata keçirmək, rayonların qədim adət-ənənələrini yaşatmaq və təbliğ etmək, həmçinin rayonlarda fəaliyyət göstərən mədəniyyət sahəsində çalışanların peşəkarlığının daha da artırılmasıdır.

     Daha sonra tədbir Xaçmaz mədəniyyət və incəsənət ustalarının, folklor kollektivlərinin çıxışları ilə davam etmişdir. Tədbir tamaşaçılar tərəfindən böyük maraqla qarşılanmışdır.