Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Xaçmaz Tarix-Diyarşünaslıq Muzeyində ”8 Noyabr-Zəfər günü”nə həsr olunmuş tədbir keçirilib

05.11.2022

Xaçmaz Tarix-Diyarşünaslıq Muzeyində "8 Noyabr-Zəfər günü"nə həsr olunmuş "Zəfərimiz əbədidir" adlı tədbir keçirilib. Tədbirdə şəhid ailələri, vətən müharibəsi iştirakçıları, 1-ci Qarabağ müharibəsinin veteranları,  məktəblilər və ictimaiyyət nümayəndələri iştirak edirdilər.

Tədbir dövlət himninin  səslənməsi və vətən uğrunda canından keçmiş Şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Tədbiri giriş sözü ilə açan muzeyin direktoru Pakizə Mehdiyeva öz çıxışında qeyd etdi ki, dövlət, xalq, ordunun birliyi, sarsılmaz iradəsi Azərbaycana əbədi azadlıq, müstəqillik və ərazi bütövlüyünü bəxş etdi. 44 günlük müharibə ölkəmizi mübariz bir ölkə kimi bütün dünyaya tanıtdı.

Tədbir digər çıxışlarla davam etdi. Xaçmaz Regional Mədəniyyət İdarəsinin kommunikasiya meneceri Fərid Musayev, Xaçmaz rayon İcra Hakimiyyətinin humanitar şöbəsinin baş məsləhətçisi, ehtiyatda olan hərbi qulluqçu, mayor Tariyel Didarov, əməkdar jurnalist Əntiqə Qonaq, Xaçmaz İcra Hakimiyyəti Vətən müharibəsi iştirakçıları və Şəhid ailələri ilə iş şöbəsinin baş məsləhətçisi Cavid Arzumanov, Xaçmaz Regional Mədəniyyət İdarəsi Həmkarlar Komitəsinin sədri Qərib Umudov, millət vəkilinin köməkçisi, Xudat şəhər 4 nömrəli orta məktəb- liseyin müəllimi İradə Musayeva, 1-ci Qarabağ müharibəsi veteranları,  şəhid ailələri və qazilər çıxış edərək mövzu ilə bağlı öz fikirlərini bildirdilər.

Bədii hissədə isə Xaçmaz Xalça muzeyinin əməkdaşı Dilarə Rüstəmovanın, Xaçmaz şəhər C.Cabbarlı adına 6 nömrəli məktəbin, Sərkərli kənd tam orta məktəbinin, İ. Qayıbov adına 3 nömrəli məktəbin, Ş.Sədiyev adına Qımıl qışlaq kənd orta məktəbinin, M.Babayev adına 1 nömrəli məktəbin şagirdlərinin ifasında şerlər və mahnılar səsləndirilmiş, səhnəciklər nümayiş olunmuşdur. Azərbaycanda keçirilən bir çox  beynəlxalq müsabiqə  qalibi Lamiyə Hacızadə və Xudat UGİM-nin "Xarı bülbül" rəqs qrupunun ifasında rəqslər nümayiş olundu.