15.11.2022
15 noyabr 2022-ci il tarixində Qusar şəhər Uşaq İncəsənət məktəbində görkəmli Azərbaycan bəstəkarı Tofiq Quliyevin 105 illiyinə həsr olunan konsert proqramı təşkil edilib. Konsert proqramında məktəbin müəllim və şagirdlərinin ifasında bəstəkarın müəllifi olduğu mahnılar səsləndirilib.
Qeyd edək ki, Tofiq Quliyev Azərbaycan estrada musiqisinin yaradıcılarındandır. O, ötən əsrin 70-ci illərinin sonlarında bir çox uşaq və gənc musiqi müsabiqələri, o cümlədən “Bakı payızı”nı yaradıb. Bəstəkar 1990-cı ildən ömrünün sonunadək Azərbaycan Bəstəkarlar İttifaqının idarə heyətinin sədri vəzifəsində çalışıb.
Tofiq Quliyev 2004-cü il oktyabrın 4-də vəfat edib. Görkəmli bəstəkarın əsərləri hələ neçə-neçə qərinələr sonra da insanlar tərəfindən böyük sevgi və maraqla dinləniləcək.