Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Xaçmaz Tarix-Diyarşünaslıq Muzeyində ”Uşaq hüquqları aylığı” çərçivəsində tədbir keçirildi

16.11.2022

16 noyabr 2022-ci il tarixində Xaçmaz Tarix Diyarşünaslıq Muzeyi və Xaçmaz rayon MKS-nin Uşaq şöbəsinin birgə təşkilatçılığı ilə "Uşaq hüquqları aylığı" çərçivəsində  "Gələcək bizimdir"  adlı tədbir keçirilmişdir.

Tədbiri giriş sözü ilə muzeyin direktoru Pakizə Mehdiyeva açaraq qeyd etdi ki, 1989-cu il 20 noyabr tarixində BMT-nin Baş məclisi " Uşaq Hüquqları haqqında Konvensiya", uşaq hüquqlarının təmini istiqamətində standartları müəyyən edən və iştirakçı dövlətlərin üzərinə öhdəliklər qoyan mühüm beynəlxalq hüquqi sənədi qəbul etdi. Bu il həmin Konvensiyanın Azərbaycan tərəfindən ratifikasiya edilməsinin 30 ili tamam olur. Bu münasibətlə bütün müəssisələrdə maarifləndirmə xarakterli tədbirlər keçirilir. P.Mehdiyeva öz çıxışında qeyd etdi ki, sağlam düşüncə tərzinə malik gələcəyin təməlini bugün tam hüquqlu, savadlı  uşaq və gənclərimizlə qoymalıyıq.

Tədbir digər çıxışlarla davam etdi.Xaçmaz rayon İcra Hakimiyyətinin humanitar şöbəsinin baş məsləhətçisi, ehtiyatda olan hərbi qulluqçu, mayor, qazi Tariyel Didarov,  Xaçmaz Regional Mədəniyyət İdarəsinin məsləhətçisi Xalidə Əliyeva, Xaçmaz rayon MKS-nin Uşaq şöbəsinin müdiri Günay Məsimova, həmin şöbənin  əməkdaşı Gülşən Ahmatova, Xaçmaz Tarix Diyarşünaslıq muzeyinin əməkdaşı Natəvan Baxışova mövzu ilə bağlı çıxış etdilər.

Daha sonra uşaqların təhsil, sağlamlıq hüquqları ilə bağlı maarifləndirici videoçarx, fotoslaydlar  nümayiş etdirildi.

Tədbirin bədii hissəsində  Xaçmaz şəhər M.Babayev adına 1 nömrəli orta  məktəbin şagirdlərinin ifasında uşaq hüquqlarına həsr olunmuş səhnəcik nümayiş olundu, şerlər səsləndirildi.  Rəqs və bədii qiraət üzrə respublika yarışlarının qalibi Lamiyə Hacızadənin ifasında "Tarantello" italyan rəqsi izləndi.

Sonda muzeyin və uşaq kitabxanasının tədbirlərində fəal iştirak edən məktəblilərə təşəkkürnamələr təqdim edildi.