21.11.2022
21 noyabr 2022-ci il tarixində Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Vüsal Hüseynov Xaçmaz Xalq Teatrının üzvləri ilə görüş keçirib. Çıxış edən idarə rəisi Vüsal Hüseynov mədəniyyətimizin inkişafından, ölkəmizdə dövlət başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə görülən işlərdən ətraflı bəhs etdi. Bildirdi ki, Mirzə Fətəli Axundzadənin komediyaları ilə 1873-cü ilin 10 mart tarixində Azərbaycanda ilk peşəkar teatrın əsası qoyulduqdan sonra 1882-ci il aprelin 2-də İrəvanda peşəkar teatrı yarandı. İrəvan teatrı yarandığı vaxtdan bu günə qədər uzun, şərəfli və keşməkeşli inkişaf yolu keçərək, bir çox uğurlara imza atıb, öz peşəkarlığı və istedadı ilə ölkəmizi, xalqımızı və onun mədəniyyətini layiqli təmsil edib.
Xaçmaz Xalq Teatrının fəaliyyətindən danışan idarə rəisi teatrın ərsəyə gətirdiyi “Şahidə çevirilən şəhid” tamaşasının ictimaiyyət tərəfindən yüksək qiymətləndirildiyini və bu istiqamətdə işlərin daha da gücləndirilməsinin vacibliyini vurğuladı.
Xaçmaz Xalq Teatrının bədii rəhbəri İlham Tağıyev teatrın gələcək planlarından danışıb, istedadlı şəxslərin üzə çıxarılması istiqamətində də işlərin aparıldığını bildirdi.