Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Siyəzəndə “Şabran mədəniyyət günü” keçirilib

03.10.2017

     Xaçmaz Regional Mədəniyyət və Turizm İdarəsinin regionda silsilə tədbirləri davam edir. Növbəti tədbir 03 oktyabr 2017-ci il tarixində Siyəzən şəhərində keçirilib. Belə ki, Siyəzən Mədəniyyət Mərkəzində “Şabran mədəniyyət günü” keçirilib. Tədbirdə Şabran rayonunun yerli sənətkarlarının əl işləri, rayonun özünəməxsus mətbəx nümunələri, rayonun tarixini əks etdirən qədim əşyalar və foto-stend səgrilənmişdir.

     Xaçmaz Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Nazim Ağayev tədbirin açılışında çıxış edərək bildirmişdir ki, regional idarə tərəfindən regionda təşkil edilən belə tədbirlərin əsas məqsədi dövlətin mədəniyyət siyasətini həyata keçirmək, rayonların qədim adət-ənənələrini yaşatmaq və təbliğ etmək, həmçinin rayonlarda fəaliyyət göstərən mədəniyyət sahəsində çalışanların peşəkarlığının daha da artırılmasıdır.

     Daha sonra tədbir Şabran mədəniyyət və incəsənət ustalarının, folklor kollektivlərinin çıxışları ilə davam etmişdir. Tədbir tamaşaçılar tərəfindən böyük maraqla qarşılanmışdır.