Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Mən kiməm?” adlı motivasiya təlimi keçirildi

22.11.2022

18.11.2022-ci il tarixində Xaçmaz Regional Mədəniyyət  İdarəsi Quba rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin mərkəzi kitabxanasının oxu zalında “Mən kiməm?” adlı motivasiya  təlimi keçirildi. Təlimdə kitabxana əməkdaşları, ADPU-nun Quba filialının tələbələri, ictimai fəaliyyətlə məşğul olan gənclər iştirak edirdi. Quba rayon MKS-nin mərkəzi kitabxanasının fəal oxucusu, layihə rəhbəri Aynur Tağıyeva fərdi motivasiya təlimlərinin gənclərin daxili potensiallarını üzə çıxarmağa və inkişaf etdirməyə, həmçinin özünə inamın formalaşmasına kömək etdiyi barədə iştirakçılara ətraflı məlumat verdi. Təlimin məqsədi gənclərin sosial və fərdi inkişafına nail olmaq, sağlam gənclik mühitini formalaşdırmaq, onların asudə vaxtlarını səmərəli təşkil etməkdən ibarətdir. Təlim diskussiya formasında davam etdirildi. Sonda xatirə şəkli çəkdirildi.