Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Müasir cəmiyyətimizdə insan hüquqları” mövuzusunda tədbir keçirildi

24.11.2022

24 noyabr 2022-ci il tarixində Şabran rayon İcra Hakimiyyəti, YAP Şabran rayon təşkilatı, Gənclər İdman İdarəsi və Şabran rayon Heydər Əliyev Mərkəzinin və Gənclərin İnkişafı və Koryera Mərkəzinin birgə təşkilatçılığı ilə “ Müasir cəmiyyətimizdə insan hüquqları” adlı tədbir keçirilmişdir. Tədbirdə Şabran rayon Heydər Əliyev Mərkəzinin kollektivi,Şabran rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin məsləhətçisi Günay Cavadova, YAP Şabran rayon təşkilatının sədr müavini Cavani Babayev, Gənclər və İdman İdarəsinin kollektivi,rayon məktəbliləri iştirak edirdilər.

     Tədbirdə iştirak edən qonaqlar çıxış edərək bildirdilər ki, ölkəmiz dövlət müstəqilliyini bərpa etdikdən sonra beynəlxalq cəmiyyətin tamhüquqlu və beynəlxalq hüququn müstəqil subyekti kimi tarixin sınağından uğurla çıxmış ümumbəşəri dəyərlərin üstünlüyünü qəbul edərək demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunu, eyni zamanda bəşər sivilizasiyasının idealları olan azadlığı, insan hüquqlarını, ədaləti və sülhü özünün inkişaf yolu seçmişdir.

    Qeyd edildi ki,Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında ümumbəşəri dəyərlərə, demokratik ənənələrə, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi və təminatına əsaslanan vətəndaş cəmiyyəti quruculuğu, demokratik hüquqi dövlət və buna uyğun insan hüquqları sisteminin yaradılması istiqamətində respublikamızda mühüm islahatlar həyata keçirilmiş, insan hüquq və azadlıqlarının təmin olunması dövlətin ali məqsədi elan edilmişdir.

       Sonda mövzuya uyğun videoçarx nümayiş olundu.