29.11.2022
28.11.2022-ci il tarixində Xaçmaz Regional Mədəniyyət İdarəsi B.Səfəroğlu adına Quba rayon Mədəniyyət Mərkəzi və Quba rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin növbəti aylıq seminar-müşavirəsi keçirilmişdir. Əvvəlcə Ulu Öndər H.Əliyevin və respublikamızın ərazi bütövlüyü uğrunda canından keçən bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Seminar-müşavirəni giriş sözü ilə açan B.Səfəroğlu adına Quba rayon Mədəniyyət Mərkəzinin direktoru Ramiz Ramazanov əmək intizamı, cari ilin dekabr ayında həyata keçiriləcək bədii-kütləvi tədbirlər, görülən işlər və qarşıda duran vəzifələri əhatə edən gündəliklə iştirakçıları tanış etmişdir. Quba rayon MKS-nin direktoru Saməddin Nəsirov cari ilin noyabr ayı ərzində mədəniyyət müəssisələrinin fəaliyyətini, əldə edilən nəticələri, yol verilən nöqsanları ətraflı təhlil edib, dekabr ayı ərzində həyata keçiriləcək tədbirlərdən danışıb. R.Ramazanov növbəti ayda təşkil ediləcək mədəni-kütləvi tədbirlərlə bağlı metodiki məlumatlar verib. Seminar-müşavirədə mədəniyyət işçilərini maraqlandıran suallar cavablandırılıb, təkliflər müzakirə olunub.