29.11.2022
29.11.2022-ci il tarixində Xaçmaz Tarix-Diyarşünaslıq muzeyinin Xalça muzeyi filialinda Azərbaycan ictimai fikrinin inkişafında, milli mədəniyyətimizin tərəqqisində, mütərəqqi ideyaların təbliğində mühüm rol oynamış görkəmli şəxsiyyət Ömər Faiq Nemanzadənin150 illik yubileyinə həsr olunmuş "Xalqım uğrunda" adlı tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə muzeyin direktoru Cərkəzova Pərzad açaraq qeyd etdi ki, Ö.F.Nemanzadə dövrünün tanınmış ziyalısı idi. Onun mühüm ictimai-siyasi fəaliyyəti, iti qələmi milli şüurun formalaşmasında böyük rol oynamışdır Xalqın maariflənməsi yolunda misilsiz xidmətləri olan Ö.F.Nemanzadə təəssüf ki, repressiyanın qurbanı oldu.
Muzeyin əməkdaşı Dilarə Rüstəmova Ö. F. Nemanzadənin həyat və yaradıcılığı haqqında məruzə ilə çıxış etdi.O qeyd etdi ki, Ömər Faiq "Molla Nəsrəddin" jurnalının yaradıcısı və naşirlərindən biri olmaqla milli publisistikamıza əvəzsiz töhfələr vermişdir.
Tədbirdə Xaçmaz şəhər Mehman Babayev adına 1 nömrəli məktəbin 7a sinif şagirdləri iştirak etmişdir.