08.12.2022
Şabran rayon Mədəniyyət Mərkəzinin filialı olan Xaqani Poeziya Evində “Narkomaniyaya “yox” deyək” mövzusunda tədbir keçirildi.
Tədbirə şəhər məktəblərindən yuxarı sinif şagirdləri dəvət olunmuşdur. İlk əvvəl Mədəniyyət Mərkəzinin direktoru Şəfiqə Məmmədova bu yöndə keçirilən tədbirlərin əhəmiyyətidən danışdı. Şabran rayon Polis İdarəsindən dəvət olunan Narkotiklərlə mübarizə Qrupunun əməliyyat müvəkkili, polis baş leytenantı Rövşən Ələkbərov da şagirdlərə geniş və dolğun məlumat verdi. Tədbirdə həmçinin – yazarlardan Zakir Bayramlı, Tural Coşqun, Vüsalə Anar, jurnalist Günay Atayeva çıxış etdilər.