Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şabranda kitabxana işçilərinin seminar-müşavirəsi keçirilib

08.12.2022

7 dekabr 2022-ci il tarixdə Şabran rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi üzrə kitabxana işçilərinin seminar müşavirəsi keçirildi. Müşavirədə kitabxana filiallarında çalışan əməkdaşlar iştirak etdi. İclası MKS-nin direktor əvəzi Firəngiz Aslanova açaraq kitabxanaçıları salamladı və Ümummilli Lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Bu günkü seminar müşavirənin gündəliyində əsasən 5 məsələ qoyulmuşdur.İlk növbədə Metodika və Biblioqrafiya şöbəsinin müdiri Zülfi Ağarızayeva illik iş planı və onun tərtibi metodikası ilə bağlı məlumat verdi. Komplektləşdirmə və Kitabişləmə şöbəsinin müdiri Afət Babayeva , Mərkəzi Kitabxananın Oxuculara Xidmət şöbəsinin müdiri Natavan Quliyeva il ərzində gördüyü işlərlə bağlı (hesabat şəklində) məruzə ilə çıxış etdilər. Çölquşçu kənd kitabxana filialının müdiri Gülnar Xalıqova  “Şuşa ili”, yazıçı və şairlərin yubleyləri ilə əlaqədar  Prezident Sərəncamlarının icrası məqsədilə və Şahnəzərli  kənd kitabxana filialının müdiri Nurtəkin Kazımova  isə  “Zəfər günü” , ”Azərbaycan Bayrağı günü” ilə bağlı kitabxanada gördükləri  işlər  haqqında məruzə etdilər.

Sonda kitabxana müəssisələrində əmək intizamının gücləndirilməsi istiqamətində də müvafiq tövsiyə və  tapşırıqlar verildi.