09.12.2022
9 dekabr 2022-ci il tarixində Xaçmaz Tarix-Diyarşünaslıq muzeyində Xaçmaz Regional Mədəniyyət İdarəsinin qarşıda duran məqsəd və vəzifələrə həsr edilmiş regional iclası keçirilib. Müşavirədə Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Vüsal Hüseynov, aparatın əməkdaşları, regionun iri mədəniyyət müəssisələrinin rəhbərləri iştirak etdi.
Müşavirədən öncə Azərbaycan xalqınının ümumilli lideri Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Vüsal Hüseynov ulu öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyətindən, Azərbaycanın inkişafı və milli dövlətçiliyin gücləndirilməsi istiqamətində misilsiz tarixi xidmətlərindən, böyük xilaskarlıq missiyasından danışıb.
Daha sonra ulu öndərin həyatından bəhs edən videoçarx nümayiş olunub.
Çıxış edən Xaçmaz rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Əskərova və Quba rayon Heydər Əliyev Mərkəzinin direktor əvəzi Sevinc Səlimova xalqımızın milli-mənəvi dəyərlərinin qarantı olan, bütün dövrlərdə onların qorunmasına çalışan görkəmli dövlət xadimi Heydər Əliyevin mədəniyyətimizin, elmimizin və təhsilimizin hərtərəfli inkişafı üçün gördüyü işlərin konkret nəticələr verdiyini vurğulayıblar.
Daha sonra Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin müvafiq əmrinə əsasən Xaçmaz Regional Mədəniyyət İdarəsinin məsləhətçisi vəzifəsinə təyin olunmuş Səhliman Sultanov kollektivə təqdim edildi.
İclasda çıxış edən idarə rəisi Vüsal Hüseynov Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan olunması haqqında Azərbaycan Respublikasının Prezidentinin 29 sentyabr 2022-ci il tarixli Sərəncamından irəli gələn məsələlər barədə məlumat verdi.
V.Hüseynov vətəndaş müraciətləri, şəhid ailələri və qazilərə diqqət, müəssisələrdə sənədləşmə işlərinin düzgün aparılması, əmək intizamına və uşaq musiqi və incəsənət məktəblərində dərsə davamiyyətin yüksək səviyyədə təmin edilməsi, sosial şəbəkələrdə aktivlik, istedadlı şəxslərin üzə çıxarılması və onların daim diqqət mərkəzində saxlıanılması və s. istiqamətdə müvafiq tövsiyə və tapşırıqlarını verdi. İclas iştirakçılarının çıxış və təklifləri dinlənildi.