Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Yaşayan və Yaşadan Lider” adlı tədbir keçirildi

12.12.2022

09.12.2022-ci il tarixində Xaçmaz Regional Mədəniyyət İdarəsi Qusar rayon MKS-nin Uşaq şöbəsinin təşkilatçılığı ilə Ulu Öndər, Ümumilli Lider Heydər Əliyevin anım ğününə həsr olunmuş "Yaşayan və Yaşadan Lider"adlı tədbir keçirilmişdir. Uşaq şöbəsinin müdiri Südabə Bağıyeva öz çixişında dahi şəxsiyyət Heydər Əliyevin sarsılmaz polad iradəsi və qətiyyəti, xalqın tərəqqisi yolunda yorulmaq bilmədən çalışması, fədakar əməyi sayəsində müasir Azərbaycanın bünövrəsinin qoyulduğunu qeyd etmişdir.Tədbirdə çıxış edənlər ömrünü xalqına həsr edən, milləti, dövləti üçün misilsiz xidmətlər göstərən rəhbərlərın heç zaman unudulmadığını vurqulamışlar. Tədbirdə kitabxananın fəal oxucularının ifasında "O, Heydər Əliyevdir" adlı ədəbi- bədii kompozisiya təqdim edilmişdir.