12.12.2022
10 dekabr 2022-ci il tarixdə Quba şəhər Uşaq İncəsənət məktəbində ulu öndər Heydər Əliyevin anım gününə həsr olunmuş "Unudulmaz şəxsiyyət" adlı tədbir keçirilib.
Tədbir Ümummili liderin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlandı. Tədbiri giriş sözü ilə məktəbin direktoru Mirkazım Cəfərov açaraq bildirdi ki, Heydər Əliyev qlobal düşüncəli, geniş dünyagörüşlü siyasətçi idi. Ulu Öndərin hakimiyyətdə olduğu dövr xalqımızın illərlə həsrətini çəkdiyi dövlət müstəqilliyinin əldə edilməsi, onun inkişafı və yüksəlişi naminə apardığı mübarizələr və qələbələr tarixidir.
Həmçinin tədbirdə məktəbin müəllimi Tahirəxanım Rzayeva çıxış edərək ulu öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyətindən, Azərbaycanın inkişafı və milli dövlətçiliyin gücləndirilməsi istiqamətində misilsiz tarixi xidmətlərindən, böyük xilaskarlıq missiyasından ətraflı məruzə etdi.
Tədbirdə məktəbin xorunun ifasında Oqtay Rəcəbovun "Ulu Öndər" mahnısı və şagirdlərin ifasında Ümummilli liderə həsr olunmuş "Dədə Heydər", "Sönməz əbədi Heydər", "Heydər baba", "Ulu Öndər" şeirləri səsləndi. Sonda rəssam şagirdlərin əl işlərindən ibarət sərgiyə baxış keçirildi.
Tədbirdə müəllimlər, valideynlər və şagirdlər iştirak etmişlər.