Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Tarixi yazan imza” adlı tədbir keçirildi

12.12.2022

12.12.2022-ci il tarixində Xaçmaz Regional Mədəniyyət İdarəsi Qusar rayon Mərkəzi Kitabxanasında Ulu Öndər, Ümumilli Lider Heydər Əliyevin anım ğününə həsr olunmuş "Tarix yazan imza" adlı tədbir keçirilmişdir.Tədbir iştirakçıları öncə Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər. MKS-nin direktoru Zahir Mustafayev və digər çıxış edənlər öz çixişlarında dahi şəxsiyyət Heydər Əliyevin sarsılmaz polad iradəsi və qətiyyəti, xalqın tərəqqisi yolunda yorulmaq bilmədən çalışması, fədakar əməyi sayəsində müasir Azərbaycanın bünövrəsinin qoyulduğunu qeyd etmişlır.Tədbirdə ömrünü xalqına həsr edən, milləti, dövləti üçün misilsiz xidmətlər göstərən rəhbərlərın heç zaman unudulmadığı vurqulanmışdır. Tədbirdə "Tarixi yazan imza" adlı videoçarx nümayiş etdirilmişdir.