09.01.2023
5 yanvar 2023-cü il tarixdə Xaçmaz Regional Mədəniyyət İdarəsi Xaçmaz rayon MKS-in kitabxana işçiləri üçün növbəti seminar müşavirə keçirilmişdir. Əvvəlcə ulu öndər Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutda yad edilmişdir. Seminar müşavirəni giriş sözü ilə açan Xaçmaz rayon MKS-in direktor v.m.i.e B.Məmmədov əmək intizamı, 2023-cü ildə həyata keçiriləcək kütləvi tədbirlər və qarşıda duran vəzifələr barədə seminar iştirakçılarını məlumatlandırmışdır. Seminar iştirakçılarına tövsiyə edilmişdir ki, 2023-cü ilin “Heydər Əliyev” ili elan olunması ilə əlaqədar olaraq ulu öndərin irsinin təbliğinə həsr edilən tədbirlərə geniş yer versinlər. Seminar müşavirədə kitabxana işçilərini maraqlandıran suallar cavablandırılıb, onlara Mərkəzi kitabxananın metodistləri tərəfindən tövsiyələr verilmişdir.