19.01.2023
17.01.2023-cü il tarixində Xaçmaz rayon Mərkəzi kitabxanasının oxu zalında 20 Yanvar faciəsinə həsr olunmuş "İstiqlal tariximizin şəhidlik zirvəsi"adlı anım tədbiri keçirildi.Anım tədbirində 20 Yanvar qurbanlarının və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri Xaçmaz MKS- nin direktor əvəzi B.Məmmədov açaraq 20 Yanvar faciəsi haqqında geniş məlumat verdi.Bildirdi ki,Sovet Ordusu qoşunlarının Bakıya qanunsuz yeridilməsi nəticəsində Bakıda və Azərbaycanın rayonlarında 146 nəfər öldürülmüş,744 nəfər yaralanmış,841 nəfər qanunsuz həbs olunmuşdur.Hərbi qulluqçular tərəfindən 200 ev və mənzil,80 avtomaşın o cümlədən təcili yardım maşınları və s.məhv edilmişdir.Həlak olanlar arasında qadınlar, uşaqlar və qocalar da olmuşdur.Daha sonra çıxış edənlər 20 Yanvar faciəsini törədənlərin xalqımızın demokratiya və milli azadlıq uğrunda mübarizəsini boğmaq məqsədi daşımasından bəhs etdilər.Kitabxananın fəal oxucuları Nəsirov Nəsir,Səmədova Nuranə, Nəsirov Aqşin 20 Yanvar faciəsinə həsr olunmuş şeirlər söylədilər.Tədbirdə Xaçmaz Rayon Mərkəzi Kitabxanası,İnformasiya Resurs şöbəsinin hazırladığı videoçarx nümayiş olundu.Sonda tədbir iştirakçıları 20 Yanvar faciəsinə həsr olunmuş sərgi ilə tanış oldular.