Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

B.Səfəroğlu adına Quba rayon Mədəniyyət Mərkəzində 20 Yanvar faciəsinin 33-cü ildönümünə həsr olunmuş dəyirmi masa təşkil olunub

20.01.2023

17.01.2023-cü il tarixdə B.Səfəroğlu adına Quba rayon Mədəniyyət Mərkəzində "20 yanvar faciəsinin dünya ictimaiyyətinə çatdrlmasnda ümummilli lider  Heydər Əliyevin rolu"  mövzusunda dəyirmi masa keçirilib.Əvvəlcə müstəqil və müasir Azərbaycan dövlətinin qurucusu və memarı ulu öndər H.Əliyevin,eləcə də respublikamızn ərazi bütövlüyü uğrunda canından keçən bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.B.Səfəroğlu adına Quba rayon Mədəniyyət Mərkəzinin direktoru Ramiz Ramazanov tədbiri açq elan edərək 1990-cı ilin 20 yanvar faciəsi haqqında məlumat vermişdir.Xaçmaz RMI-nin Quba rayonu üzrə nümayəndəsi Fuad Orucov,Quba rayon İH-nin məsul nümayəndəsi Arif Nəbiyev,Quba rayon MKS-in direktoru Saməddin Nəsirov çıxış edərək 20 yanvar faciəsinin müasir Azərbaycan tarixində şanlı salnamə yaratdığını,o cümlədən bu qanlı cinayətə beynəlxalq miqyasda hüquqi qiymətin verilməsində ulu öndər Heydər Əliyevin böyük rolu olduğunu xüsusi vurğulanmışlar. Yerli yazar, "Quba  şəhidləri", "44 günlük tarixi  möcüzə" kitablarının müəllifi Şıxəmməd Seyidməmmədov, 20 yanvar şahidi Sadıq Hacyev,Mədəniyyət Mərkəzinin bədii rəhbəri Seyfulla Ağayev,Talabqışlaq kənd Folklor klubunun müdiri Fəzail Kərimov çıxış edərək yeni nəslin hərbi-vətənpərvərlik tərbiyəsinin daha da möhkəmləndirilməsində qarşıda duran vəzifələrdən danışıblar.44 günlük Vətən Müharibəsində  müzəffər Ali Baş Komandan,möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Silahlı qüvvələrimizin qazandığı möhtəşəm qələbə,hazırda işğaldan azad edilən torpaqlarmızda həyata keçirilən böyük quruculuq işlərinin hər birimizdə qürur və iftixar hissi yaratdığı vurğulanb.Daha sonra Mədəniyyət Mərkəzinin "Art" yaradıclq studiyasının hazırladığ "20 yanvar-qan yaddaşı" adlı sənədli film nümayiş olunub.Tədbir  "Rast" muğam-triosunun təqdimatında şəhidlərə həsr edilmiş musiqili kompozisiya ilə başa çatıb.