Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Siyəzən rayon Heydər Əliyev Mərkəzində 20 yanvar faciəsi qurbanlarının xatirəsi yad olunub.

20.01.2023

17 yanvar 2023-cü il tarixində Siyəzən rayon Heydər Əliyev Mərkəzində 20 Yanvar faciəsinin 33-cü ildönümünə həsr olunmuş "Milli iradəmizin zəfər çaldığı gün" adlı dəyirmi masa keçirilmişdir.

Tədbir Xaçmaz Regional Mədəniyyət İdarəsi Siyəzən rayon Heydər Əliyev Mərkəzi, Siyəzən Rayon Gənclər və İdman İdarəsi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Siyəzən nümayəndəliyinin birgə təşkilatçılığı ilə keçirilmişdir.

Tədbirdə Vətən müharibəsi qaziləri, Siyəzən rayon Heydər Əliyev Mərkəzinin direktor səlahiyyətlərini müvəqqəti icra edən Qumru Səlimova, Siyəzən rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Cavidan Hüseynov, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Siyəzən nümayəndliyinin direktoru Rəqsanə İbrahimova, YAP Siyəzən rayon təşkilatının sədr müavini Ramilə Seyidova, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Siyəzən rayon təşkilatının sədri Nəbi Əliyev, Siyəzən rayon Mədəniyyət Mərkəzinin direktoru Ziyadə Dadaşova, Siyəzən rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Nuran Nurullayev, Siyəzən rayonunun gənc, ictimai fəalı Sübhan Məmmədov, idarə və müəssisələrdən iştirak edirdilər.

Əvvəlcə 20 Yanvar faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, daha sonra tədbirdə çıxış edənlər 20 yanvar faciəsinin səbəb, nəticə və ibrət dərsləri barədə ətraflı danışılıb və Azərbaycanın müstəqillik tarixindəki əhəmiyyətindən bəhs olunub. Bildirilib ki, 20 Yanvar Azərbaycan tarixinin ən dəhşətli faciələrindən biri, hüzn günü olmaqla yanaşı, həm də şərəfli səhifəsidir.