20.01.2023
Şabran rayon Xaqani Poeziya Evində 18 yanvar 2023-cü il tarixində 20 yanvar Ümummilli Hüzn gününə həsr olunan "Qan yaddaşımız" adlı tədbir keçirildi. Şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi. Poeziya evinin müdiri Aybəniz Əliyar zaman-zaman xalqımızın başına gətirilən faciələrdən söz açdı. Yazıçı-publisist Aydın Tağıyev qeyd etdi ki, bu kimi hadisələr bir xalqın milli kimliyinin formalaşmasında mühüm rol oynayır. Şairlərdən Gülnar Zakirqızı və Aynur Nurlu 20 yanvar həqiqətlərini özündə əks etdirən şeirlər ifa etdilər. Tədbirdə Şabran şəhər 2 saylı tam orta məktəbin Vl sinif şagirdlərinin ifasında 20 yanvara həsr olunbmuş şeirlər səsləndi. Onlar şeirləri ilə şəhidlərimizə bir daha öz ehtiramlarını bildirdilər.
Tədbirin sonunda 20 yanvar faciəsinin qurbanlarına həsr olunmuş qısametrajlı film nümayiş etdirildi.