Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Quba rayonu Heydər Əliyev Mərkəzində “Uşaq hüquqları aylığı” ilə əlaqədar “ Uşaqlar bizim gələcəyimizdir” mövzusunda dəyirmi masa keçirilmişdir.

27.10.2017

     27 oktyabr 2017-ci il tarixində Quba rayonu Heydər Əliyev Mərkəzində “Uşaq hüquqları aylığı”  ilə əlaqədar “ Uşaqlar bizim gələcəyimizdir” mövzusunda dəyirmi masa keçirilmişdir.

     Dəyirmi masada Heydər Əliyev Mərkəzinin direktoru E.Orucova “ Uşaqlar bizim gələcəyimizdir” mövzusunda məruzə ilə çıxış edərək  qeyd etmişdir ki, Uşaq Hüquqları Konvensiyası – 20 noyabr 1989-cu ildə BMT-nin Baş Assambleyası tərəfindən qəbul edilmişdir.Uşaq Hüquqları Konvensiyası – BMT tərəfindən qəbul edilmiş bir saziş olaraq, dünyanın hər bir yerində yaşayan uşaqlara konvensiya ilə müəyyən edilmiş hüquqları təmin edir.

Azərbaycan Respublikası 21 iyul 1992-ci il tarixli və 236 № -li qanunla BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasını ratifikasiya etmişdir. Həyata keçirilən “Uşaq hüquqları aylığı”  uşaq hüquqlarının qorunmasını, uşaqlara diqqətin artırılmasına və uşaqlara yaşadıqları cəmiyyətdə fəal iştirak etməyə yönəldilən bir tədbirdir. Uşaqların müdafiəsi və onların rifahının yaxşılaşdırılması, hüquq və azadlıqlarının təmin edilməsi, eləcə də uşaqlarla bağlı dövlət siyasətinin əlaqələndirilməsi vəzifələrini daşıyır.

     Dəyirmi masada Quba rayon İcra Hakimiyyəti başçısı yanında YYÇİ və HM üzrə komissiyanın məsul katibi K.Məmmədova, Quba şəhər 5 saylı orta məktəbin müəllimi Q.Əliməmmədova, “Şəfəq” qəzetinin müxbiri G.Laçınova, 4 saylı tam orta məktəbin uşaq təşkilatının sədri V. Qasımova , müəllim – psixoloq F.Qasımova , şagirdlərdən P.Balabəyov, Ə.Neymanova və başqaları çıxış edərək uşaqların təhsil, inkişaf , müdafiə və yaşamaq hüquqları ilə bağlı fikirlərini bildirdilər.