Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Quba rayon MKS-nin şəhər, qəsəbə və kənd kitabxana filiallarının iştirakı ilə seminar-müşavirə keçirilib

27.01.2023

25.01.2023-cü il tarixdə Quba rayon MKS-nin şəhər, qəsəbə və kənd kitabxana filiallarının iştirakı ilə yanvar ayına dair seminar-müşavirə keçirilib. Seminarda 2022-ci il ərzində görülmüş işlər və 2023-cü ildə qarşıda duran vəzifələrdən barədə məlumat verilib. Kitabxana fondlarının siyahıya alınmasından, siyahıların inventar kitabı və kataloq kartoçkaları ilə uzlaşdırılmasının vacibliyindən danışılıb. Seminar müşavirədə 2023-cü il ərzində kitabxanalarda oxucuların kitab və kitabxanaya maraqlarının artırılması istiqamətində müxtəlif mövzulu tədbirlərin keçirilməsinin əhəmiyyətindən bəhs olunub. Sonda seminar iştirakçılarının kitabxana işi ilə əlaqədar sualları cavablandırılıb.